Misirin dövlət televiziyası xəbər verir ki, prezident Hosni Mobarakın bu gecə xalqa müraciəti və ola bilsin ki, istefa verəcəyi gözlənilir.
Ordu komandanlığı bundan əvvəl televiziya ilə bəyanat yayaraq xalqın qanuni tələblərinə cavab verəcəyini bildirib.
Məlumatlara görə, ali hərbi şura ölkədə yaranmış vəziyyəti müzakirə edib və ola bilsin ki, hərbçilər vəziyyətə nəzarəti üzərinə götürə bilər.
Dövlət televiziyası eyni zamanda bu arada informasiya naziri Anas əl Fiqqiyə istinadla Mübarəkin istefa vermək fikrində olmadığını xəbər verib və onun vitse-prezident Omar Suleimanla görüşünü göstərib.
ABŞ prezidenti Barak Obama Mübarəkin mümkün istefasına ehtiyatla yanaşıb və bildirib ki, dünya baş verənləri gözləyib izləməlidir.
Ölkə paytaxtə Qahirədə prezidentin istefası tələbilə kütləvi nümayiş davam edir.