Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 02:59

Azərbaycan ordusunda əsgər ölüb

Azərbaycan Milli Ordusunda ölüm hadisəsi qeydə alınıb. Yaxınları Ağdam rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Hüseynov Sarvan Vidadi oğlu Müdafiə Nazirliyinin Naxçıvandakı “N” saylı hərbi hissəsində qızılca xəstəliyindən vəfat etdiyini bildirib.

Əsgərin meyiti fevralın 9-da doğulduğu Ağdam rayonunun Eyvazlı kəndinə gətirilib və torpağa tapşırılıb. Qohumları faktla bağlı əlavə məlumat verməyiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib. Amma deyib ki, əsgər qızılcadan deyil, böyrək çatışmazlığından vəfat edib.
This item is part of
XS
SM
MD
LG