
Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.
Hazırda Sabirabad polis şöbəsində olan AXCP üzvü Elman Mirzəyev deyib ki, polis onların şöbəyə gətirilməsini rayonda mitinq keçiriləcəyi haqda xəbərlərin yayılması ilə əlaqələndirib:
«Polis rəisi ilə söhbət elədik. Dedilər ki, indi buraxacağıq gedəcəksiz. Nə bilim, deyirlər guya rayonda mitinq olacaq, kimlərsə mitinq keçirmək istəyir, elə bilirlər ki, təşkilatçı bizik».
Elman Mirzəyev deyir ki, hazırda ondan başqa şöbədə daha iki nəfər partiya üzvü var.
İki gün ərzində 7 AXCP üzvü rayon polis şöbəsinə çağırılıb.
Cəbhəçilər bildirir ki, bir qrup sakin sosial problemlər və məmur özbaşınalığına etiraz olaraq fevralın 10-da rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyi planlaşdırırmış. AXCP-yə də həmin mitinqə qoşulmaq üçün müraciət olunubmuş.
Sabirabad rayon Polis Şöbəsi isə məlumatları təkzib edir. İndiyə qədər şöbəyə heç kimin gətirilmədiyini bildirir.