Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

«Bizim Lukaşenko sizin Əliyevdən «yaxşıdır»»


«Azadlıq» radiosunun Belarus xidmətinin direktoru Aleksandr Lukaşukun oxucularımızla mübahisəsi artıq başlayıb. O, deyir ki, Belorus prezidenti hətta havanı da idarə edir. Bəzi suallara cavablar artıq forumda yerləşdirilib. Yeni suallarınızı gözləyirik. Forum davam edir, gün ərzində bütün suallara cavab veriləcək.

A.Lukaşuk bir sıra sənədli filmlərin və kitabların müəllifi, Beynəlxalq «Pen-Center» mükafatının laureatıdır. 1990-cı ildən «Azadlıq» radiosunda çalışır.

O, hesab edir ki, İlham Əliyevlə müqayisədə Aleksandr Lukaşenko daha böyük diktatordur. Bütün parametrlər baxımından. Həm mətbuat azadlığından tutmuş korrupsiyaya, həm insan haqlarından tutmuş xarici siyasətə, həm də mədəniyyətdən tutmuş şəxsi ambisiyalara qədər. Özü də nəzərə alın ki, Belarusun nefti yoxdur. Razı deyilsiniz? Suallarınızı yollayın.
XS
SM
MD
LG