Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 02:12

«Ümidvaram ki, hakimiyyət seçkilərin azad və ədalətli keçməsi üçün nə lazımdırsa edəcək»


Avropa Birliyi – Azərbaycan: «Yeni Qonşuluq Siyasəti» nə vəd edir?

Suallarınızı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi cavablandırır.

Səfir Piter Semnebi 1959-cu ildə İsveçdə anadan olub. O, Stokholm İqtisadiyyat Məktəbi, Uppsala Universiteti, Stokholm Universiteti və Harvard Universiteti nəzdində Con Kennedi adına İdarəetmə Məktəbində təhsil alıb.

2000-2002-ci illərdə Latviyada, 2002-2005-ci illərdə isə Xorvatiyada ATƏT Missiyasına başçılıq edib.

1997-2000-ci illərdə İsveç Xarici İşlər Nazirliyinin Avropada Təhlükəsizlik və Müdafiə Siyasəti Komitəsinə rəhbərlik edib. Bundan qabaq İsveçin Almaniya, Ukrayna və SSRİ-dəki səfirliklərində çalışıb.

Piter Semnebinin karyerası dövründə Cənubi Qafqazda işləmək və səyahət etmək imkanı da olub. O, 1988-ci ildə Ermənistanda zəlzələdən dərhal sonra xilasetmə işlərində iştirak edib. 1992-ci ildə Gürcüstanda ATƏT Missiyasının üzvü olub.

İsveç dili ilə yanaşı, ingilis, fransız, alman, rus və serb-xorvat dillərini bilir.

SUALLARIN QƏBULU BAŞA ÇATIB

XS
SM
MD
LG