Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 09:16

Beynəlxalq təşkilatların siyasəti Azərbaycanı tam qane etmir

Əli Həsənov
Əli Həsənov
«Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir».

Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

«Beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur».

Ə.Həsənov deyir ki, beynəlxalq təşkilatlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, amma onlar ortaya iradə qoymurlar.

«Azərbaycanda 20 ildən artıqdır ki, 1 milyondan çox qaçqın və köçkün problemləri yaşanır və bu problemin həllində beynəlxalq təşkilatların səyləri yetərli deyil. İnsan hüquqları müxtəlif şəkildə pozulub və bu, aradan qaldırılmalıdır», - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.
This item is part of
XS
SM
MD
LG