Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 09:39

“Azərbaycan xalçaları” kataloqu çıxıb


“Azərbaycan xalçaları” İctimai Birliyi tərəfindən eyni ad altında hazırlanmış kataloq çapdan çıxıb. Birlikdən APA-ya verilən məlumata görə, “Azərbaycan xalçaları” adlanan kataloq Azərbaycan, ingilis və fransız dillərində tərtib olunub.

Kataloqda Quba, Bakı, Şirvan, Gəncə Qazax, Qarabağ, Naxçıvan, Təbriz xalçaçılıq məktəbləri haqqında məlumatlar və xalçaların fotoları əksini tapıb. Burada yer alan xalçalar da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyasındandır.

“Azərbaycan xalçaları” kataloqu Heydər Əliyev Fondu tərəfindən nəşr edilib.
XS
SM
MD
LG