Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:27

Şimali və Cənubi Koreya hərbçiləri görüşüblər


Şimali və Cənubi Koreya hərbi zabitləri fevralın 7-də demilitarizasiya edilən zonada görüşüblər. Bu, Şimali Koreyanın Cənubi Koreya adalarını artilleriya atəşinə tutmasından sonra ilk görüşləridir.
Onlar yüksək səviyyəli müdafiə ilə bağlı danışıqların detallarını həll eləyiblər.

Cənubi Koreyanın 46 dənizçinin ölümündə Şimali Koreya ittiham edəndən sonra iki ölkə arasında münasibətlər soyuqlayıb. \
Şimali Koreya ötən ilin noyabrında Cənubi Koreyanın adaslarını bombalamışdı, nəticədə iki dənizçi və iki mülki şəxs ölmüşdü.
1950-53-cü il iki ölkə arasındakı müharibədən sonra texniki baxımdan müharibə əhval-ruhiyyəsi özünü saxlayıb, çünki tərəfər arasında sülh müqaviləsi imzalanmamışdı, sadəcə barışıq əldə olunmuşdu.
XS
SM
MD
LG