Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:24

Mübarək vəzifəsində qalır?


Fevralın 7-də Misirdə prezident Mübarəkin istefası tələbilə mitinqlər davam edib.

Qahirənin Təhrir meydanına yenə də minlərlə insan toplaşaraq “İstefa” şüarları səsləndiriblər.

Düzdür, mitinqçilərin sayı keçən həftəkindən daha azdır və tanklar meydan ətrafında halqanı getdikcə daraltmaqdadırlar.

Amma etirazçılar geri çəkilmək fikrində deyillər.

Onların bəziləri tankların qarşısında uzanıblar və bununla tankların meydana doğru irəliləməsinə yol verməyəcəklərini nümayiş etdirirlər.

Etirazçıların bəziləri naharlarını da meydanda edirlər.

Prezident Mübarək isə istefaya gedənə oxşamır. Fevralın 7-də o, yeni hökumətin iclasını keçirib.

Bu arada Qahirədə həyatın normal axara qayıtmasının ilk əlamətləri gözə dəyməyə başlayıb.

Dükanlar, banklar açılıb.

Vitse-prezident Ömər Süleyman müxalifət liderləri ilə görüşlərini davam etdirir.

Vitse-prezidentin Konstitusiya islahatları layihəsi hazırlayacaq komitənin yaradılmasına razılıq verdiyi bildirilir.

Ötən bazar günü Süleymanın görüşə çağırdığı müxalifətçilərin sıraları daha geniş olub.

Təhrir meydanı, 7 fevral 2011
Görüşə ilk dəfə olaraq ölkənin ən böyük siyasi qrupu – islamçı “Müsəlman qardaşlığı” təşkilatı da dəvət edilib.

Hökumət həm də siyasi məhbuslarla davranış haqda şikayətlərin qəbulu üçün ofisin açılmasına, mediaya qoyulmuş məhdudiyyətlərin yumşaldılmasına razı olub.

Amma vitse-prezident Süleyman müxalifətin əsas tələbilə -

82 yaşlı prezident Mübarəkin istefası tələbilə razılaşmayıb


Qərb liderləri Mübarəkə dəstək nümayiş etdirməsələr də, onun dərhal istefa verməsi tələbini az adam səsləndirir.

ABŞ Misirə hər il 1,5 milyard dollar yardım edir və Misiri özünün Yaxın Şərq siyasətində mühüm tərəfdaş sayır.

Amerikanın mövqeyi budur ki, Mübarək istefa verməlidir, amma sentyabrda – prezidentlik müddəti başa çatanda.

Amerikanın Fox News kanalIna verdiyi müsahibədə ABŞ prezidenti Barak Obama deyib ki, Misir əbədi olaraq dəyişib və bu dəyişiklik 2 həftə əvvəl başlayan kütləvi etirazın nəticəsidir.

“Misir bir daha əvvəlki Misir olmayacaq. Misir xalqı azadlıq istəyir, onlar azad və
Barak Obama
ədalətli seçki istəyirlər.

Onlar istəyirlər ki, hökumət onların səsiylə formalaşsın,

gördüyü işlərə görə də məsuliyyət daşısın”.

Bəzi qərbli müşahidəçilər isə güman edirlər ki, əgər Mübarək indi istefa versə, müxalifətin seçkilərə hazırlaşmaq üçün yetərincə vaxtı olamayacaq.

Bur arada müxalifət həftə boyu yeni böyük kütləvi aksiyalar keçirməyi, hətta daha bir – 1 milyonluq mitinq təşkil etməyi planlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG