Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 17:59

İlham Əliyev Çeçenistan prezidentini Bakıya dəvət edib


Ramzan Kadırov
Azərbaycan prezidentinin dəvət məktubunu Çeçensitan prezidenti Ramzan Kadırova fevralın 5-də Şimali Qafqazda səfərdə olan Şeyxülislam Allahşükür Paşazadə çatıdırıb.

“İnterfax” agentliyinin məlumatına görə İlham Əliyev Kadırovu ona münasib bir vaxtda Bakıya səfərə dəvət edib.

Kadırov da bildirib ki, Azərbaycan prezidentinin iş qrafikinə uyğun bir vaxtda Bakıya gedəcək.

Ramzan Kadırov keçən il noyabrın 6-da Bakıda səfərdə olmuşdu. Həmin səfər zamanı prezident İlham Əliyev Bakının Çeçenistanın iqtisadi inkişafına kömək etməyə hazır olduğunu bildirmişdi.

Kadırov da demişdi ki, Azərbaycan iqtisadi köməyi ölkəsində minlərlə iş yerlərinin açılmasına təkan verəcək.

Ölkəsinə dönən kimi isə paytaxt Qroznının küçələrindən birinə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adı verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG