Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:17

İlham Əliyev Ramzan Kadırovla görüşüb


Ramzan Kadırov
Noyabrın 6-da Bakıda prezident İlham Əliyevlə Rusiya Federasiyasının Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovun görüşü olub.

Məlumatı Çeçenistan respublikasının prezidenti və hökumətinin mətbuat xidməti yayıb.

Görüşdən sonra İlham Əliyev çeçen jurnalistlərinə bildirib ki, birgə iqtisadi komissiyanın yaradılması haqda razılığa gəlinib. Bununla yanaşı regionda təhlükəsizlik məsələləri müzakirə edilib.

İlham Əliyev Çeçenistanda dağıdılmış iqtisadi və sosial sferanın bərpa edilməsində və təhlükəsizliyin təmin edilməsində Ramzan Kadırovun fəaliyyətini yüksək qiymətləndirib:

Azərbaycan prezidenti ölkəsinin Çeçenistanın iqtisadi inkişafına töhfəsinin verməyə hazır olduğunu bildirib.

İlham Əliyevlə görüşündən razı qaldığını deyən Kadırov bildirib ki, Azərbaycan iqtisadi köməyi ölkəsində minlərlə iş yerlərinin açılmasına təkan verəcək.

Bakıya gələn Çeçenistan prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 60 illik yubileyinə həsr edilən «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» beynəlxalq konfransda iştirak edir.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG