Qaxın Almalı kənd orta məktəbinin müəlliməsi Nailə Yolçuyeva AzadlıqRadiosunun “Qaynar xətt”inə çalışdığı məktəbin direktoru Müzəffər Səfərovdan şikayət edib. Deyir ki, Müzəffər Səfərov məktəbə rəhbər təyin olunandan onun və eyni məktəbdə riyaziyyat müəllimi işləyən həyat yoldaşının gününü göy əskiyə büküb. Direktorla müəllimlər arasında buz yaradan səbəb nədir, şikayətçidən eşidək:
DİREKTORU QƏZƏBLƏNDİRƏN İKİ SƏBƏB
- Məktəbdə riyaziyyat müəlliməsi işləyirəm. Həyat yoldaşım da riyaziyyat müəllimidir. Keçən il yeni məktəb binası istifadəyə verildi. Məktəb tikildi, çox sevindik. Bina təzə istifadəyə veriləndə, bizdən məktəbin tərtibatı üçün müəyyən məbləğdə pul istədilər. Biz o pulu verə bilmədik, hər şey bundan başlandı. Eyni vaxtda məktəbə yeni direktor təyin olunmuşdu, Müzəffər Səfərov. Bizim məktəbdən əvvəl Qorağan kənd orta məktəbində direktor işləmişdi. Özü də riyaziyyat müəllimidir. Təsəvvür edin, onsuz da 13 sinifə 6 riyaziyyat müəllimi var idi. Hərəyə 10-12 saat dərs düşürdü. Əlavə bu da gəldi məktəbə.
Nailə Yolçuyeva deyir ki, direktorun onlarla qərəzçiliyinin səbəblərindən biri də həyat yoldaşı ilə onun Müzəffər Səfərovun məktəbə qədəm basmasına etirazları ilə əlaqəlidir:
ETİRAZ VƏ TÖHMƏT
- Mən və yoldaşım etiraz elədik. Çünki bizim məktəbdən alacağımız pula ehtiyacımız çoxdur. Ayrı qazanc yerimiz yoxdur. Elmimizi, biliyimizi qoyduğumuz məktəbdən indi maaş ala bilmirik. 2009-cu ilin oktyabrın 20-də rayon təhsil şöbəsinə getdik. Dərs saatlarımızın alınmasından şikayət elədik, tədbir görən olmadı. Həmin tarixdə işdə olmadığımıza görə töhmət aldıq. Bununla bağlı rayon təhsil şöbəsinə, həmkarlar təşkilatına müraciət elədik, gəldilər araşdırdılar, ancaq yenə tədbir görmədilər. Bundan sonra direktor hər gün dərslərimdə oturdu, təzyiqlər başlandı, boğaza yığıldım. İcra hakimiyyətinə, Təhsil Nazirliyinə müraciətlərim də cavabsız qaldı. Mən şikayət etdikcə direktor da mənə töhmət, xəbərdarlıq yazırdı. İki dəfə töhmət aldım, pulumdan tutuldu. Başladı o pulu verin, bu pulu verin, məktəbin əlavə xərclərinə. Biz dedik pulumuz yoxdur, özümüzü güclə saxlayırıq. O da dedi, onda sizə də bu məktəbdə heç nə yoxdur. İl yarımdır dərslərimiz 13 saata endirilib.
«MÜƏLLİMƏ SAVADSIZDIR»
- Əvvəllər neçə saat idi?
- 18- 20 saat.
- Sizə töhmətlər nəyə görə verilmişdi?
- Dərs saatlarım əlimdən alındığına görə rayon təhsil şöbəsinə getmişdim və həmin gün işə gedə bilməmişdim. İş orasındadır ki, töhməti həmin vaxt verməmişdi. İki aydan sonra gördük ki, yazıb məktəbin dəhlizinin divarına yapışdırıb.
Məktəbin direktoru Müzəffər Səfərov Nailə Yolçuyevanın dərs saatlarının azaldılmasını belə izah edir:
- Elə bir problem yoxdur, sadəcə olaraq keçən il 21 sinif komplekti var idi, bu il 18 sinif komplekti var, 3 sinif komplektinin azalması ilə əlaqədar Nailə Yolçuyevanın dərs saatları azaldılıb.
- Müəllimə iddia edir ki, yeni məktəb binası istifadəyə veriləndən sonra müəllimlərdən pul yığılır.
- Qətiyyən həqiqətə uyğun deyil. Məktəb yerində, direktor yerində, kollektiv yerində. Gəlib yerindəcə araşdırmaq olar.
Direktor müəlliməni savadsızlıqda ittiham edir:
- Müəllimənin özünün dərslərində məktəb rəhbərliyi iştirak edib, xeyli nöqsanlar aşkar edilib, müəlliməyə deyilib ki, həmin nöqsanlar aradan qaldırılsın. Şagirdlərin yanına dərsə hazırlaşıb gəlmək lazımdır. Riyaziyyat müəlliməsidir, əsas aparıcı fənlərdən biridir. O isə bugünkü tələblərə uyğun olaraq hazırlaşıb dərsə girmir. Problem bununla bağlıdır. Pedaqoji Şuranın iclaslarında iştirak etmir. Bəs üzrlü səbəb olmadan Pedaqoji Şuranın iclaslarında iştirak etməyəndə məktəb rəhbərliyi nə etməlidir? Adi yazısında da 5-6 səhv buraxır.
- Savadsız müəllimi məktəbdə niyə saxlayırsınız?
- Qanunvericilikdə göstərilən qaydada inzibati cəzalar vermişik. Ancaq bununla əmək müqaviləsinin ləğv olunması, müəllimlikdən azad edilməsi bizim səlahiyyətimizdən kənardır.
«MƏN MİSİR MƏRDANOVA, MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT EDİRƏM»
Nailə Yolçuyeva isə deyir ki, 28 ilin müəlliməsini savadsızlıqda ittiham etmək elə direktorun müəlliməyə qarşı qərəzçiliyindən xəbər verir:
- 34 il həyat yoldaşım məktəbdə riyaziyyat müəllimi işləyib, 28 il də mən. Özüm institutu fərqlənmə diplomu ilə bitirmişəm. Yoldaşım da rayonda ən tanınmış riyaziyyat müəllimlərindən biridir. O şəraitdə bütün ömrünü-gününü məktəbə sərf elə, axırda da qal kənarda ki, siz müəllim deyilsiniz. Haqsızlıq edir, səsini çıxara bilmirsən, danışan kimi başlayır təzyiq, töhmət, xəbərdarlıq. Mən Misir Mərdanova, Mehriban Əliyevaya müraciət edirəm. Bu tikdirdikləri məktəblərə baxsınlar, görsünlər oradakı iş şəraiti kimlərə xidmət edir. Neçə illər işləyən müəllim, gör başıma nə oyunlar açırlar, savadsızam, nə var – nə var yığdıqları 50-100 manatı verə bilməmişəm.