Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 17:35

Müstəqilliyin 20 illiyi ilə bağlı qızıl sikkə buraxılacaq

Mərkəzi Bank Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı qızıl sikkə buraxacaq.

Məlumatı qurumun mətbuat xidməti yayıb.

Xatirə sikkəsi prezidentin «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında» sərəncamına əsasən buraxılacaq.

Sikkənin dizaynı Mərkəzi Bankın keçirəcəyi ölkədaxili müsabiqə nəticəsində müəyyənləşəcək. Qalibə 2000 manat mükafat veriləcək.
XS
SM
MD
LG