Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 20:04

Goranboyda asfaltsalan maşın fəhlənin üstündən keçib


Hadisə Zazalı adlanan ərazidə yerləşən avtomobil yolunda asfalt çəkmə zamanı baş verib. Ağırçəkili asfaltbasan maşının sürücüsü texnikanı arxaya tərəf sürərkən yol çəkən müəssisənin əməkdaşlarından biri maşının altında qalıb. Adı hələlik müəyyənləşməyən fəhlə elə yerindəcə ölüb.

Goranboy rayon Prokurorluğundan faktı təsdiqləyiblər və bildiriblər ki, ilkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
This item is part of
XS
SM
MD
LG