Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

Daşqından zərərçəkənlərin iddiası təmin olunmadı


Kür daşqınlarından zərərçəkənlərin Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetinə qarşı iddiası təmin edilməyib. Səbayel rayon məhkəməsinin imtina qərarından verilən şikayətə fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim İlham Əsədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Daşqınlardan zərərçəkən, amma kompensasiya ala bilməyən bir neçə Saatlı və Sabirabad rayon sakini ötən ilin dekabrında Fövqəladə Hallar nazirliyi və Nazirlər Kabineti ilə bağlı Səbayel rayon məhkəməsinə müraciət etmişdi.

Amma məhkəmə iddia ərizəsini icraata götürməkdən imtina etmişdi.

Bu məsələlərlə bağlı araşdırma aparan «Kür» Vətəndaş Cəmiyyətinin nümayəndəsi Oqtay Gülaliyevin AzadlıqRadiosuna dediyinə görə, onlar on gün müddətində Ali Məhkəməyə müraciət edəcəklər. Zərərçəkənlər onlara 8 mindən 40 min manata qədər kompensasiya verilməsini istəyirlər.
XS
SM
MD
LG