Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:26

İş dalınca getdi, həbs olundu


Əmlak Məsələləri Dövlət Komitəsindəki operativ müşavirədən sonra boş iş yerlərinin olduğunu eşidən sabiq komitə əməkdaşı Oruc Orucov iş verilməsi üçün fevralın 1-də komitəyə müraciət edib. Amma Komitənin foyesində gözləyən vaxt onu həbs ediblər. Dediyinə görə, onunla komitənin sədr müavinlərindən biri görüşüb. Məsələ ilə bağlı komitə sədrinə məlumat vermək üçün yuxarı qalxıb. Dediyinə görə, elə bu vaxt içəriyə 10-a yaxın polis və mülki geyimli şəxs daxil olub.

«Saat 13:00 radələrində içəri girən polislər birbaşa mənin üstümə gəldilər və qollarımdan tutdular sürüyüb saldılar maşına. Apardılar Xətai rayon polis idarəsinin 37-ci bölməsinə. Axşam saat 5-ə qədər məni bölmədə saxladılar. Dedilər Daxili İşlər Nazirliyinə Komitədən müraciət olunub ki, bir nəfər komitədə xuliqanlıq edir, nə bilim komitəni partlatmaq istəyir. Mənim haqqımda İnzibatı Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə protokol tərtib elədilər. 50 manat cərimə olundum və xeyli xahiş minnətdən sonra məni sərbəst buraxdılar».

Oruc Orucov üzləşdiyi problemlə artıq məhkəməyə müraciət edib. Bundan başqa o Prezident Adminstrasiyasına qəbula yazılıb ki, Əmlak Məsələləri Dövlət Komitəsində üzləşdiyi problemləri Adminstirasiyanın rəhbəri Ramiz Mehdiyeə çatdırsın.

«Yanvarın 27-də Ramiz Mehdiyevin korrupsiya və süründürməçiliklə bağlı nazirlik və komitələrə etdiyi xəbərdarlıdan sonra Əmlak Məsələləri Komitəsi müşavirə keçirdi və məlumat yayıldı ki, 15 nəfər işdən çıxarılıb. Mən də boş yer olar deyə Komitəyə müraciət elədim, amma iş vermək əvəzinə məni həbs elədilər».

Oruc Orucovun fevralın 1-də Əmlak Məsələləri Dövlət Komitəsində saxlanmasını Xətai polisi təsdiqləyir. Polisdən AzadlıqRadiosuna verilən məlumata görə, onlara məlumat verilib ki, bir nəfər komitədə səs-küy salır. Bundan sonra onlar həmin şəxsi saxlayıb 37-ci bölməyə aparıblar. Komitənin Mətbuat Xidmətindən isə hadisədən xəbərsiz olduqlarını bildirdilər.

Oruc Orucov 2008-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsindən işdən çıxarılıb.
XS
SM
MD
LG