Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 04:50

Qazın qiyməti artmayacaq


Azərbaycanda qazın qiymətinin artırılması nəzərdə tutulmur.
Bunu fevralın 3-də mətbuat konfransı keçirən «Azəriqaz» İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, nəinki qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilib, ümumiyyətlə bu barədə daxildə belə müzakirə aparılmayıb: «Qazın qiymətinin qalxması nəzərdə tutulmayıb».

Ölkədə qazın qiymət artımı sonuncu dəfə 2009-cu ilin iyunun 30-da baş verib. Həmin vaxt əhaliyə satılan qazın hər 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100,0 manata qaldırılıb.

«Azəriqaz»dan verilən məlumata görə, ölkəyə gün ərzində 12 milyon kub metr qaz verilir, bunun 6 milyon kub metri Bakıya sərf edilir.
XS
SM
MD
LG