Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 17:11

Azərbaycan Misirə nota verdi

Nicat Qocayevin ölümü ilə bağlı Misir Xarici İşlər Nazirliyinə nota verilib.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Hələlik Misir tərəfi Azərbaycanın notasına reaksiya verməyib.

Azərbaycanın Misirdəki səfirliyində mühasib işləyən Nicat Qocayev yanvarın 29-da Qahirədə işdən evə qayıdarkən öldürülüb.

E. Poluxov bildirib ki, Azərbaycanın Misirdəki səfirliyi öz fəaliyyətini davam etdirir. Misirdəki Azərbaycan vətəndaşları evakuasiya olunur.
This item is part of
XS
SM
MD
LG