Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı müzakirələrdən narazı qalan müxalifət liderləri indi də avropalılara laqeydlik göstərir.
Həmməruzəçilər Joseph Debono Grech (Jozef Debono Qrex) və Pedro Agramunt (Pedro Aqramunt) ölkənin əsas müxalifət partiyalarının liderləri ilə görüşmək üçün müraciət etsə də qarşı tərəf görüşdən imtina edib.
AŞ STRUKTURLARI İMİTASİYA İLƏ MƏŞĞULDUR
Müsavat partiyasının başqanı İsa Qəmbər hesab edir ki, AŞPA strukturlarının əksəriyyəti, o cümlədən monitorinq qrupu Azərbaycanda etimadı itirib. Partiya rəhbəri iddia edir ki, qurumun qış sessiyasında Azərbaycandakı problemlərə və seçkilərə laqeyd münasibəti də bunu aydın göstərdi:
«Belə bir şəraitdə əgər Avropa Şurasının strukturları öz funksiyalarını reallaşdırmaq əvəzinə onu imitasiya edirlərsə, bizim də bu imitasiyada onlara dəstək verməyimizin anlamı yoxdur».
Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının cavabı birmənalıdır, onlar həmməruzəçilərlə görüşmək istəmirlər.
Yanvarın 24-də AŞPA-da Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkisinin nəticəsinə dair müzakirələr aparılıb. Seçkiləri müşahidə missiyasının bəzi nümayəndələri bildirib ki, ümumilikdə seçki prosesinin AŞPA-nın standartlarına əməl edilməsi sahəsində irəliləyiş olub.
Hərçənd Azərbaycanda insan haqları üzrə keçmiş həmməruzəçilər Andreas Qross və Andres Herkel seçki zamanı demokratik normalara əməl olunmadığını deyiblər.
MÜXALİFƏTLƏ HƏMRƏY OLANLAR
Azərbaycanın müxalifət partiyaları ilə yanaşı yerli hüquq müdafiəçiləri də hesab edirlər ki, seçkilərlə bağlı qurumun hazırladığı hesabat bütün tərəflərin mövqeyini əks etdirməyib.
Strasburqda keçirilən müzakirələrdə iştirak etmiş Norveç İnsan Hüquqları Evinin Azərbaycan üzrə rəhbəri Vüqar Qocayev deyir ki, AŞPA-nın hesabatı “həddən artıq bəsit, tərəfli mövqedən çıxış edib, vəziyyəti tam qane etmirdi”. V. Qocayevin bildirdiyinə görə, hesabatda seçkilərin gedişatı ilə bağlı bir çox hallarda müxalifət tənqid olunur, seçkilərin sakit keçdiyi qeyd edilsə də, müxalifətin mitinqlərinə geniş şərh verilməyib:
«Biz müxtəlif görüşlərdə bununla bağlı öz narazılığımızı bildirmişik. AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi Pedro Aqramuntla görüşdük. Belə təəssürat yarandı ki, onun ölkədə baş verən hadisələrdən ciddi xəbəri yoxdur. Baxmayaraq ki, seçkidə müşahidəçi olmuşdu. Bizdə belə bir fikir yaranıb ki, Azərbaycanla işləyən məruzəçilərin əksəriyyəti burda baş verənlərdən bir o qədər xali deyil, özlərində də məsuliyyət hiss edib hadisələri yaxından izləmirlər. Və çox etinasız yanaşırlar».
Məhbus jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev fevralın 1-də həmməruzəçilərlə təsadüfən görüşdüyünü deyir, üstəlik ona elə gəlib ki, həmməruzəçilərin onun oğlu barədə tam məlumatı yoxdur:
«Mən xahiş etdim məni 5 dəqiqə qəbul etdilər. Bilirsiz mən sizə bir şey deyim, inandırım sizi bunların heç Eynulla hqada məlumatı yoxdur. Düzdür, Maltadan olan məruzəçinin məlumatı var, bu birisinin mənə elə gəldi ki, məlumatı yoxdur. Mən Eynulla barədə Avropa Məhkəməsinin 2 dəfə qərar çıxardığını dedim. Mən onlardan xahiş etdim Eynullanın yanına getsinlər» .
Həmməruzəçilər fevralın 1-də mətbuat nümayəndələrini də qəbul edərək, bu sahədəki durumla bağlı müzakirələr aparıblar. Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid isə bu görüşdən imtina edib.
HƏMMƏRUZƏÇİLƏRDƏN ŞİKAYƏT MƏKTUBU
Vətəndaş cəmiyyətinin bəzi nümayəndələri və siyasi partiyalar hesab edir ki, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin ölkəyə gəlib-getməsi sadəcə protokol xarakter daşıyır və ciddi fəaliyyətləri yoxdur.
Norveç İnsan Hüquqları Evinin Azərbaycan üzrə rəhbəri Vüqar Qocayev deyir ki, hüquq müdafiəçiləri həmməruzəçilərin fəaliyyətindən həm Avropa Şurası, həm AŞPA, həm də onların təmsil etdikləri siyasi fraksiyalara məktub ünvanlamağı planlaşdırırlar ki, diplomatlar öz işlərinə daha məsuliyyətli yanaşsın.
Azərbaycana yenicə gələn həmməruzəçilərin isə müxalifət liderləri ilə də olmasa, ölkə rəsmiləri ilə görüşləri davam edir.
Fevralın 1-dən 3-dək Azərbaycanda səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin prezident də daxil olmaqla rəsmi spiker, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşləri var.
Həmməruzəçilər fevralın 3-də mətbuat konfransı zamanı KİV nümayəndələrinin də suallarını cavablandıracaqlar.