Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 14:20

AŞPA həmməruzəçiləri Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Fon de Mora yanvarın 31-də Azərbaycana səfər edəcəklər.

Bu barədə APA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Səfər fevralın 4-dək davam edəcək.

Həmməruzəçilərin səfərində məqsəd mandatlarına uyğun olaraq son səfərdən sonra keçən dövr ərzində mövcud olan durumu dəyərləndirməkdir.
XS
SM
MD
LG