Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:28

Misirin ən populyar bloqqeri AzadlıqRadiosunda


Bu gəncin 5 milyon 300 min oxucusu var. Sandmonkey imzasıyla bloq yazır. Onunla Misirdə baş verənlər haqda Nigar Fətəli söhbət edir.

Interneti və mobi rabitəni istədiyi vaxt söndürən hakimiyyti olan ölkədə yaşamaq necə hissdir?

Hər halda əyləncə deyil (gülür). Şübhəsiz bu sənə təsir edir. İnsanlar 1980-ci illərə qaytarılır, onlar müasir texnologiya əvəzinə adi şəhər telefonlarından istifadə etməli olur. Çoxu heç dostlarının şəhər telefonlarını da bilmir ki, zəng edib xəbər tutsun. İnternetin sıradan çıxması, komendant saatı adamı dəli edir. Fəallar üçün bu o deməkdir ki, sən baş verən qarətlərin şəkillərini və videoları internetə yükləyə bilmirsən. Çoxları işini görə bilmir. Heç kim işə getmir, çünki orda internet yoxdur. Bu üzdən banklar da işləmir, bütün ölkə sanki bir-birindən ayrılıb. Hökumətin ürəyi istəyi vaxt internet və mobil əlaqəni kəsməsi adamı ruhdan salır.

Niyə nickname ilə yazırsan, adını açıqlamaq firkin varmı?

Mən hər zaman anonimliyimi qorumuşam və buna davam edəcəm. Çünki mənim ailəmin bəzi üzvləri iqtidar partiyası ilə bağlıdır, onlara zərər dəyməsini istəmirəm.

Misirdə fəal olmaq nə deməkdir?

İndi bu çox qəribə hissdir. Həm qorxu, həm də həyacan keçirirsən. Bir gün sən barrikadları dağıdırsan, sonrakı gün gözyaşardıcı qazla boğulursan, növbəti gün isə atışmadan sağ çıxmağa çalışırsan. Amma biz bunun faydasını da görürük, çünki xalqımız özünə qayıdır. Biz onların öz taleyini müəyyənləşdirmək və həyatlarında ilk dəfə iqtidara “Yox” deməyə cəsarət tapdıqları ilə fəxr edirik.

Əvvəvllər misirliləri ciddiyə almırdılar. Heç kəs inanmırdı ki, biz milət kimi nəsə edə bilərik. Amma bu gün hər kəs bizimlərdir. İndi insanlar buna inanır.

Misirlilərin səbrini daşdıran nə oldu?

Əsasən həyat şəraiti. Misir varlı ölkə olsa da, sosial təbəqələşmə sürətlə artır. Qiymətlər qalxır, maaşlar azdır, insanlar sadəcə artıq bu şəraitdə yaşaya bilməzlər. Onlar yorulub, özlərini hüquqsuz, mənlikləri tapdanmış hiss edir. Istənilən polis zabiti insanları təhqir edə bilər və sadə adamların əlindən heç nə gəlmir. Bir sözlə, insanlar Mübarəkdən və onun 30 illlik hakimiyyətindən boğaza yığılıblar.
XS
SM
MD
LG