Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Nuray Nur. Şair, buludlara sor!
















Şair, buludlara sor!

Şair, buludlara sor, göz yaşının sirrini,
Gizləməyi ardına Günəşin al nurunu.
Şair, buludlara sor, gecə səssizliyini,
Ulduzların içində gözün yar gəzdiyini.

Şair, buludlara sor, yağmur necə süzülər,
Damla-damla bağrını yara-yara göylərin.
Sor, anlatsın dərdini ağlamaq necə dərddir,
Əgər siləni yoxsa yaşlarını gözlərin?!

Şair, buludlara sor, açıb ovuclarını,
Dilədiyin duanın içindəki ümidi.
Ümidin içindəki inamı varmı, yoxmu?
Sənin omrünmü qisa, yoxsa arzular çoxmu?

Şair, buludlara sor, başının üstdə əsən rüzgarın pıçıltısın,
Gör nə müjdə gətirib yellər sənə uzaqdan?
Mələklər sözlərini rüzgarlarla yollayıb,
Yoxsa məmnun deyilsən aldığın cavabından?

Şair, buludlara sor, sor dərdini söyləsin,
Yetər sən dərd danışdın, qoy bir az da o desin.
Çəkdikcə buxar ilə Yer dərdini özünə,
Buludu da dərd alıb, ağlayır ki, boşalsın.
Sən də danışdır bir az, bəlkə dərdi azalsın.

Şair , buludlara sor, rahatmıdır ürəyi?
Yağmurun tökə-tökə azaldımı kədəri?
Əgər olmasa belə yol açmazdı buludlar,
Görünsün bu bəşərə Günəşin şəfəqləri.


Fikirlərim!

Fikirlərim ürəyimdə,
Sıralanıb sətir-sətir.
Dünya belə gərdişindən,
Ömür boyu gətir- götür.

Biri gələr, biri gedər,
Biri olar, biri ölər.
Axan hər ulduz yerinə,
Neçə- neçə ulduz doğar.

Axı onda nə mənası,
Gələn üçün sevinməyin?!
Gedənçün də üzülməyək,
Çün bilirik gedəcəyin.


Göz yaşının diliylə...


Sənə neyləmişəm cavab ver görüm,
Məni göz evimdən ayrı salırsan?!
Kirpik hasarıyla sərhədlədiyim,
Gözlər sarayımdan oğurlayırsan?!

Ürək dərdə düşüb səni üzəndə,
Məni sel eyləyib gözdən tökürsən.
Sənə əzab verən qalır yerində,
Niyə acığını mənnən çıxırsan?!

Sənə dərd çəkdirən ürək deyilmi?
Gücün var onu da qopar yerindən.
Ürək rahatlığa qovuşsun deyə,
Niyə ayrılım ki, mən gözlərimdən?!

Gözlər sığındığım saf sevgilidir,
Bizi ağlayaraq ayrı salırsan.
Xoşuna gələrmi ağlayan insan,
Səni sevdiyindən əgər ayırsam?!

Kirpiklər, əl-ələ verib saxlayın,
Məni süzülməyə nolar, qoymayın.
Mənim ki, gözlərə məhəbbətim var,
Ürəkçün eşqimdən qoy ayrılmayım.

Bir dəfə süzülsəm gələcək ardı,
Geriyə dönmək də mümkünsüz daha.
Ürəyin dərdlərdən çəkdiyi əzab,
Həmişə mənimçün biçilir baha.


Dostum-Sevgilim?!

Bulanıb düşüncəm lilli çay kimi,
Qalmışam hisslərin tərəddüdündə.
Bilmirəm sən mənə dostsan, sevgili?!
Qarışıq duyğular var ürəyimdə.

Ağlıma yol tapan hər fikrin, sözün,
Dolaşır beynimdə sənsizlikdə də.
Qəlbə yol tapmaqmı məramın sənin,
Bəlkə sınağımsan mənim sevgidə?!

Əgər taleyimdə olmayacansa,
Nə olar, indidən çıx həyatımdan.
Əgər əllərimdən tutmayacansa,
Qoyma əzab çəkim intizarından.

Məni alışdırma sənə, fikrinə,
Hələ istəmirəm düşəm dərdinə.
Artıq yorulmuşam gəldi-gedərdən,
Möhtacam həyatın daim eşqinə.

Sevginə güvənin varsa buyur, gəl!
Hakim ol, ürəyim qoy sənin olsun.
Artıq gerçəyini tapsın fikirlər,
Sənin ürəyin də mənimlə vursun.


Düşüncələrim...

Yorur mənliyimi düşüncələrim,
Cavabı olmayır çox fikirlərin.
Ruhum məngənədə sıxılır sanki.
Yenə mən oluram tək limandakı.

Nəyimə lazım ki, dərindən baxım,
Hər kiçik zərrəni böyük dağ bilim.
Könlü şad olanlar baxmayanlardır,
Mən də baxa-baxa gərək can verim.

Onu etmək üçün gərək ürəyi,
Köksündən çıxarıb, əzib, atasan.
Qəlbsiz bir köksün də yoxdur dəyəri ,
Demək nəticədə məhv olmalısan.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG