Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 15:05

Milli Onkologiya Mərkəzində yanğın baş verib


Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Səhiyyə Nazirliyinə məxsus Milli Onkologiya Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytında xəbər verilir ki, alov binanın yeməkxanasını əhatə edib. Hadisə zamanı birmərtəbəli yeməkxananın 30 kvadrat metri və ona bitişik olan krematoriya otağı yararsız vəziyyətə düşüb.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər yeməkxana binasının qalan hissəsini yanğından mühafizə edib.

Araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG