Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 08:52

Keçmiş Amerikalı səfir danışıqlar üçün Misirə gəlib



ABŞ-ın Misirdəki keçmiş səfiri Frank Visner (Frank Wisner) rəsmilərlə danışıq aparmaq üçün Qahirəyə qayıdıb.

ABŞ-ın Dövlət Departamentindən bildirilir ki, Visnerin səfəri Vaşinqtonun mesajı ilə bağlıdır. ABŞ Misir prezidenti Hüsnü Mübarəki iqtisadi və siyasi islahatlara, ədalətli və obyektiv seçki keçirməyə çağırıb.

ABŞ həmçinin hesab edir ki, 30 illik müttəfiqi Mübarəkin onun hakimiyyətinə etiraz edən kütləvi nümayişləri tələblərinə qarşı addım atmalıdır.


ABŞ Misirin ən böyük xarici donorudur. Hər il Qahirəni 1,5 milyard dəyərində yardımla təmin edir. Bunun əsas hissəsi hərbi yardımdır.
XS
SM
MD
LG