Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:03

Bu gün Misirdə ən kütləvi etiraz aksiyasının keçiriləcəyi gözlənir



Misir müxalifəti elan edib ki, fevralın 1-də isə Qahirədə “milyonların marşı”nı keçirək. Bunun artıq 7 gündür davam edən etiraz aksiyalarının ən kütləvisi olacağı gözlənilir.

Misir hərbçiləri dünən vətəndaşlara sakinlərin, evlərin qarət edilməməsi ilə bağlı xəbərdarlıq edib, amma söz verib ki, dinc etirazçılara atəş açmayacaq.

Yeni təyin olunmuş vitse-prezident Ömər Süleyman bildirib ki, prezident Mübarək ondan siyasi fraksiyalarla konstitusion və digər islahatlarla bağlı danışıqlara başlamağı xahiş edib.

Dövlət televiziyası məlumatlar verir ki, danışıqlar başlasa da, müxalifət Mübarək rejiminin dəyişirilməsində təkid edir.
XS
SM
MD
LG