Türkiyədə İğdır vilayətində içində azərbaycanlıların da olduğu avtobus yanvarın 31-də qəzaya uğrayıb. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırzadənin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan avtobusda olan 31 azərbaycanlı yaralanıb. Sərnişin avtobusunun aşması nəticəsində isə ümumilikdə 53 nəfər xəsarət alıb.
Yaralılardan bəziləri Suşehri Dövlət Xəstəxanasına yerləşdirilib. Digərləri isə Sivas Respublika Universiteti Tibb Fakültəsinin xəstəxanasına aparılıb.
İlkin məlumata görə, hadisəyə qar yağması və yolun buzlu olması səbəb olub.