Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 09:57

Nazarbayevin səlahiyyət müddətinin artırılması haqqında qanun təsdiqlənmədi

Qazaxıstanın Konstitusiya Şurası prezident Nursultan Nazarbayevin səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılması üçün parlamentin qəbul etdiyi qanunu təsdiqləməyib. Həmin qanunda Nazarbayevin səlahiyyət müddətinin artırılması məqsədilə konstitusiya referendumu keçirilməsi nəzərdə tutulurdu.

Konstitusiya Şurasının sədri İqor Ropov deyib ki, prezident Nazarbayev bir ay ərzində Konstitusiya Şurasının qərarına etirazını bildirə bilər.

Yanvarın 17-də Nazarbayev parlamentin bu qərarını baxılması üçün Konstitusiya Şurasına göndərmişdi.

Nazarbayev 20 ildir Qazaxıstanda hakimiyyətdir. Ölkədə növbəti prezidenti seçkisi 2012-ci ildə keçiriləcək.
This item is part of
XS
SM
MD
LG