Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 13:37

Şəriət Yaxın Şərqi inkişafdan necə qoydu?


Ziauddin Sardar “The Independent”

Üç yüz il əvvəl Yaxın Şərq bazarı bahalı mallarla aşıb-daşırdı. Regionun ticarət mərkəzi müxtəlif dillərdə danışan, var-dövlət axtaranları cəlb edirdi. Burda iqtisadiyyatın böhrana düşəcəyinə heç bir işarə yox idi.

Sonra Yaxın Şərqin inkişafı nəinki dayandı, hətta geriyə doğru irəlilədi. Səhv nədə idi?

Türkiyənin də daxil olduğu Yaxın Şərqin iqtisadi durğunluğunun əsas səbəbi müstəmləkə, mühafizəkarlıq və ya Hersoq Universitetində İslamı tədqiq edən professor Timur Kuranı müzakirə edən elm əleyhdarları deyil. Braziliya və Hindistan kimi keçmiş müstəmləkə ölkələri işğalın törətdiyi maneələri dəf etməyi bacarmışdılar.

Mühafizəkarlıq və elm əleyhdarlığı Yaxın Şərqdə olduğu kimi Avropada da geniş yayılmışdı, amma bu amillər Qərbin inkişafına sədd çəkə bilmədi. Yaxın Şərqin inkişafının zəifləməsinin real səbəbindən danışarkən Timur Kuran Şəriəti, - İslam qanununun müzakirəsini təklif edir.

İNKIŞAFA MANE OLAN ŞƏRİƏT QANUNLARI

İlk dəfə ortaya çıxanda Şəriət öz zamanında mövcud münasibətlərin hüquqi müstəvidə həll edilməsinə imkan yaratdı. Amma bu qanun inkişaf etmədi və müasir dünyanın maliyyə, biznes münasibətlərinə uyğunlaşmadı. Tarix boyu çoxları bu qanunu şərh etməyə, ziddiyyətləri göstərməyə cəhd edib. Buna baxmayaraq, qanunun mahiyyəti iqtisadi fəaliyyətin inkişafında yeniliklərin öhdəsindən gəlmək üçün əhəmiyyətli dəyişikliyə məruz qalmadı.

Professor Timur Kuranın fikrincə, Yaxın Şərqdə iqtisadiyyatın inkişafına mane olan Şəriətdəki mirasin idarə olunması, sələmçiliyə qadağa, xəyanət üçün ölüm cəzası kimi qaydalardı. Onun məqsədi İslam qanununu əhəmiyyətsiz saymaq deyil. Həqiqətən o, səylə çalışır ki, İslamın müsbət xüsusiyyətlərini tədqiq etsin. Amma İslam qanununun hətta müsbət tərəfindən tədqiqi də yeniliyin çatışmadığını göstərdi.

Orta əsrlərdə biznes müqavilələrinin əsasında şəxsi münasibətlər dururdu. Bütün əcnəbilər qanunda və məhkəmədə tanınmış ümumi maraqların əsasında işgüzar əməkdaşlığı formalaşdırmaq üçün birləşə bilərdi. Problem onda idi ki, İslam istənilən tərəf-müqabilin əməkdaşlığı öz arzusu ilə dayandırmasına imkan verirdi. Tərəfdaşın ölümü də əməkdaşlığı poza bilərdi. Mərhum tərəf-müqabilin ailəsi və uşaqlarının heç biri onun işini avtomatik götürə bilmirdi.

Bu o deməkdir ki, davamlı işgüzar tərəfdaşlıq əlaqələri meydana gələ bilmədi. Biznesmenlər biznesin rentabelliyi üçün ortaq olanda belə, bu tərəfdaşlıq yalnız müvəqqəti idi.

MİRASIN BÖLÜNMƏSI QAYDASI BİZNESƏ MANEƏ İMİŞ

Problemlərdən biri də ondadır ki, varislik məsələsində İslam mirasın bərabər paylaşdırılmasını dəstəkləyir. Bu qayda ona görə nəzərdə tutulub ki, var-dövlət bir əldə toplaşmasın, mərhumun hər bir yaxınına pay çatsın.

Amma bu ona gətirib çıxardı ki, uğurlu ticarətçilərin biznes imperiyaları onlardan sonra miras kimi kiçik hissələrə bölündüyündən dağıldı. Yeni mülkiyyətçilərin isə təzədən əvvəlki biznes imperiyasını dirçəltmək istəməsi demək olar ki, qeyri-mümkün idi. Beləliklə, mülkiyyətçilərin hər biri hər şeyi sıfırdan başlamaq zərurəti ilə üzləşdilər.

Sələmçiliyə qadağa ticarətçilərə kredit və ya borc pul əldə etməyə maneə yaradır. Bu qadağaya görə banklar meydana çıxa bilmədi.

Xəyanət üçün cəza müsəlmanlara qeyri-müsəlmanlarla biznes əlaqələri qurmağı qeyri-mümkün edib. Qeyri-müsəlman qanun sistemi altında ticarət qurduğu və ya əcnəbi hakimlərlə mübahisələrə girdiyi təqdirdə öz həyatları ilə riskə gediblər.

İSLAM QANUNUNUN YENİDƏN MÜZAKİRƏSİ ÜÇÜN FÜRSƏT

Məsələni daha da pis edən odur ki, Yaxın Şərqdə sosial xidmətlər dini fondlar və ya vəqflər tərəfindən göstərilirdi. Bu xeyriyyə təşkilatları İslam qanunları altında məmurların nəzarəti ilə fəaliyyət göstərirdi. Bu xidmətlər regionun su təchizatını təmin etdi, yetimxanaların, məktəblərin, kolleclərin qayğısına qaldı. Onlar hamilərinə qatlaşa bildilər, amma öz-özlərini idarə edə bilmədilər. Onlar bu yolla korporasiyanın inkişafına mane oldular.

Bütün bunlar o deməkdir ki, Yaxın Şərq müasir iqtisadiyyatın aparıcı təşkilatlarını qəbul etməkdə gecikdi. Regionda mühüm iqtisadi inkişaf üçün böyük miqyasda məhsuldar resurslar səfərbər edə bilən təşkilati formalar meydana çıxa bilmədi.

...Hersoq Universitetinin professoru Timur Kuranın tezisi mübahisəlidir, amma bizə İslam hüququnu yenidən ifadə etməyə stimul verir. Və bu çox gecikmiş müzakirələrə təkan vermək üçün əla fürsətdir.

/Sayta hazırladı: Səadət Akifqızı/
XS
SM
MD
LG