Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Çinlilər Yeni ildə təmizliyi sevmirlər


Çinlilər ABŞ-da yeni ili qarşılayırlar, 2009
Çinlilər ABŞ-da yeni ili qarşılayırlar, 2009
Bütün dünyada çinlilər fevralın 3-ünü Yeni il kimi qeyd edirlər. Günəş yox, Ay sistemi üzrə qeyd olunan bu tarix həm də Yaz Festivalı kimi tanınır. Bu vaxtlar adamlara bayramı keçirmək üçün uzunmüddətli istirahət verilir.

BU FESTİVAL, ONUN MƏĞZİ, ONUNLA BAĞLI ƏNƏNƏLƏR VƏ İNANCLAR HAQQINDA 5 FAKT:

1. Ənənəvi Çin təqviminə görə, bu il Dovşan İlidir. İnanca görə, dovşan ilində doğulmuş adamlar mülayim, xeyirxah, çox böyük zövqə malik olurlar. Eyni zamanda, onlar çox ehtiyatlı və ağlamağa meylli olurlar. 1963, 1975, 1987, 1999 və 2011-ci ildə dünyaya gələnlər Dovşan İlində doğulanlardır.

2. Çin zodiakında 12 heyvanın adı var. Qaban, siçan, öküz, ilan və s. Niyə görə məhz bu heyvanların adlarının seçilməsi ilə bağlı isə çoxlu fikirlər var. Bir versiyaya görə, qədimdə Çin imperatorlarından biri zodiakda hansı heyvanın adının birinci olmasını müəyyənləşdirmək üçün heyvanların yarışını keçirib. Yarışı siçan udub. Ona görə yox ki, o, hamıdan sürətli olub. Ona görə ki, yarış başlayan kimi o, öküzün başına tullanıb. Finiş xəttinə az qalmış öküzün başından tullanaraq yarışı birinci başa vurub.

3. Bayram festivalı zamanı Çin şəhərləri fişənglərin və partlayıcıların uğultusuna bürünür. Bu yolla çinlilər şər qüvvələri qorxutmaq, Rifah Allahını isə cəlb etdiklərinə inanırlar. Valideynlər və nənə-babalar uşaqlara qırmızı zərfdə pul verirlər. 8 rəqəmi söyləmək yaxşı sayılır. Çünki 8 sözünün deyilişi varlı olmaq sözünün tələffüzünə bənzəyir.

4. Bayram günü ənənəvi-xüsusi xəmirdən olan yeməklər yeyirlər Çünki bu, qədim Çinin qızıl və gümüş külçələrini xatırladır. Yeməklər arasında balıq çox məşhurdur. Çünki balıq sözünün də tələffüzü bolluq sözünün eynidir.

5. Qadağalar. Çoxlu qadağalar var. Yeni il günü ağlamaq o deməkdir ki, bütün il ərzində ağlayacaqsan. Bayram günü başını yudunsa, demək uğuru da suya axıdırsan. 4 rəqəmini dilə gətirmək qadağandır. Çünki onun tələffüzü ölüm sözünün tələffüzünə oxşayır. Bıçaq və qayçıdan istifadə etmək olmaz. İnanca görə, bıçaq və qayçıdan istifadə etməklə gələcək uğuru kəsib atırsan. Evdar qadınlar bayram gününə qədər evi təmizləyirlər ki, əvvəlki ilin köhnəlik və pisliklərindən təmizlənsinlər. Vay o hala ki, evi bayram günü təmizləyəsən. Bu adamlar ilin əvvəlindən öz uğurlarını silib atmış sayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG