Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 01:36

Davosda Sarkozi “JP Morgan”-ın prezidenti ilə dalaşıb


Sarkozi Davosda sessiyada çıxış edir
Sarkozi Davosda sessiyada çıxış edir

Davosdakı 41-ci Dünya İqtisadi Forumunda Afrika İnkişaf Bankının baş iqtisadçısı Mthuli Ncube Tunisdəki və Misirdəki üsyanlarla bağlı deyib:
“nə qədər ki, inkişafın meyvələri bərabər bölünmür, belə etirazlar daha çox olacaq. Bir var inkişaf, bir də var inkişafın xalqla bölünməsi. Bunlar heç də eyni deyillər.”

“AVRO ƏLEYHİNƏ OYNAYAN PULSUZ QALACAQ”

Fransa prezidenti Sarkozi Davosda da sakit dura bilməyib. O əvvəlcə valyuta möhtəkirlərinə xəbərdarlıq edib: “Kim ki, avronun düşməsinə oynayacaq, o, pulsuz qalacaq. Mən və Almaniya kansleri Merkel heç vaxt, eşidin, heç vaxt qoymarıq ki, avro iflasa uğrasın”.

Sarkozi bu sözləri Amerikanın maliyyə naziri də daxil, maliyyə və bank rəhbərlərinin özəl toplantısında deyib.

Avropanın Mərkəzi Bankının prezidenti Trichet də təsdiqləyib ki, “bir valyuta kimi avro ilə bağlı heç bir böhran yoxdur, bu tamamilə aydındır”.

Ancaq Amerikalı iqtisadçı Roubini xatırladıb ki, “2013-cü ilə Yunanıstanın borcu daxili məhsulunun 158 faizinə çatacaq. Yunanıstanın borcu məsələsi tez həll olunmalıdır, nəinki gec”.

SARKOZİ: “BİZİ AXMAQ YERİNƏ QOYMAYIN”

Toplantıda dünyanın maliyyə nəhəngi “JP Morgan” bankının prezidenti Dimon üzünü Sarkoziyə tutub xahiş edəndə ki, G20 ölkələrinin bank tənzimləməsi belə sərt olmasın, Sarkozi əsəbiləşib. O, böhranı məhz maliyyəçilərin yaratdığını, bunun altını isə bütün dünyanın çəkdiyini deyib: “Dünya sizə görə on milyonlarla işsiz saxlayır.”

Sarkozi bəlkə də Dimonun toplantıdan qabaq jurnalistlərə dediyinə cavab verirdi. Dimon şikayətlənmişdi ki, elə hər işdə bankirləri günahlandırırlar. “Bankirlərin hamısı eyni deyil. Mən demək istəyirəm ki, elə hey “bankirlər, bankirlər, bankirlər” qışqırmaq ədalətsizdir və əks səmərə verir.”

Sarkozi isə belə düşünmür.
O Davosda deyib: “Camaatın gözünün qabağında Amerikanın 5 ən böyük bankından birinin kart piramidası kimi dağılması adamları axmaq yerinə qoymaqdır”.

“Biz son 10 ildə gördük ki, güvəndiyimiz maliyyə qurumları ən ağılsız hərəkətlər edirlərmiş”.

Sarkozi sonra şirkət rəhbərlərinin özlərinə verdikləri mükafatlara- bonuslara keçib: ““Mənim vecimə deyil, siz nə qədər bonus verirsiniz. Ancaq böhran yarananda məlum olur ki, mükafat alan var, məsuliyyət daşıyan yoxdur”.
XS
SM
MD
LG