Keçid linkləri

2026, 10 Aprel, Cümə, Bakı vaxtı 16:48

Medvedev deyib ki, müxalifət qanunlara əməl etməyi öyrənməlidir

Rusiya prezidenti Dimitri Medvedev hesab edir ki, müxalifət qanunlara əməl etməyi öyrənməlidir.

O,Bloomberg TV-ə müsahibəsində deyib ki, müxalifətin nümayiş keçirməyə haqqı var, amma bu icazəli yerlərdə olmalıdır.

Boris Nemtsovun həbsinə gəldikdə isə Medvedev qeyd edib ki, kiçik müxalifət partiyaları liderlərinin məsələsi tamamilə hüquqi müstəvidə həll olunmalıdır və dünyanın heç bir ölkəsində mitinq keçirilərkən qanunların pozulmasına imkan verilmir.
This item is part of
XS
SM
MD
LG