Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:02

YAP 4 milyon manat toplayıb



Hakim YAP yanvarın 26-da ötən ilə dair maliyyə hesabatı verib. Partiyanın İdarə heyətinin iclasında verilən məlumata görə 2010-cu ildə YAP-çılar 4 063 044 manat üzvlük haqqı ödəyiblər. Bu pulun da 2 101 176 manatı partiyanın İcra Katibliyində və yerli təşkilatlarında çalışan işçilərin maaaşlarının ödənilməsinə xərclənib.

YAP yerdə qalan pulu partiya tədbirlərinin maliyyələşdirilməsinə, çap işlərinə, təsərrüfat, kommunal və ezamiyyə xərclərinin ödənilməsinə, xeyriyyəçilik tədbirlərinə, həmçinin, 20 nəfər ali məktəb tələbəsinə xüsusi təqaüdlərin verilməsinə sərf etdiyini bildirir.
YAP-ın nizamanməsinə görə üzvlük haqqının miqdarını Siyasi Şura müəyyən edir. Prezidentin rəhbərlik etdiyi bu partiyanın üzvləri maaaşlarının bir faizi miqdarında üzvlük haqqı ödəməlidirlər.

YAP rəhbərliyi həmçinin partiya üzvlərinin sayının 527 000 nəfərə çatdığını bildirir. Hakim partiyanın məlumatına görə təkcə keçən il 32 186 nəfər üzvlüyə qəbul edilib.

Tənqidçilər əslində hakim partiyanın inzibati yollarla üzvlərin sayını artırdığını, müxtəlif büdcə təşkilatlarında çalışanların zorla bu quruma yazdırldığını deyirlər.

Bu mövzuda fikirlərinizi gördərin, mətnin sonunda forumda müzakirəyə qatılın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG