Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:23

İslam Partiyasının nümayəndələri Qərb diplomatları ilə görüşüb


Azərbaycan İslam Partiyasının üzvləri Norveç, ABŞ səfirliklərinin və Avropa Birliyinin Bakı ofisinin nümayəndələri ilə görüşüblər.

Görüş yanvarın 25-də Sülh və Demokratiya İnstitutunun ofisində keçirilib.

Bu, İslam Partiyası nümayəndələrinin Avropa və ABŞ diplomatları ilə ilk görüşü olub.

Görüşdə partiyanın həbsdə olan lideri Mövsüm Səmədovun vəkili Anar Qasımov da iştirak edib.

Vəkil AzadlıqRadiosuna bildirib ki, o, məhkəmə prosesi və çoxsaylı qanun pozuntuları barədə məlumat verib.
XS
SM
MD
LG