Misirin paytaxtı Qahirədə polislə nümayişçilər arasında toqquşma olub.
Prezident Hüsni Mübarəkin istefasını tələb edən minlərlə nümayişçiyə qarşı polis gözyaşardıcı qaz tətbiq edib.
Qahirədə nümayişə imkan verməmək üçün küçələrə 20 mindən 30 minə kimi polis işçisi çıxarılsa da nümayişçilər paytaxtın Təhrir meydanına gedib çıxa biliblər.
Frans Pressin müxbirinin məlumatına görə, gözyaşardıcı qaz nümayişçiləri müvəqqəti dağıtsa da onlar yenidən qruplaşa bilirlər.
Polisin məlumatına görə, Qahirədə nümayişə çıxanların sayı 15 min nəfərdir.
Misirin digər şəhərlərində, o cümlədən İsgəndəriyyədə də nümayişlər olub.