Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:45

ABŞ Konqresindən Azərbaycana 29 milyon dollar dəyərində yardım paketi istənilir



ABŞ Konqresinin məlumatına görə, 2011-ci il üçün Azərbaycana ümumi dəyəri təxminən 29 milyon dollar olan yardım paketi xahiş edilir.

Bildirilir ki, ABŞ yardımı Azərbaycana demokratik islahatların inkişafı, hökumətdə ictimaiyyətin iştirakını artırmaq, daxili və transmilli cinayətkarlığa, korrupsiyaya, insan və narkotik alverinə qarşı mübarizəni dəstəkləyir.

ABŞ yardımı həmçinin qeyri-neft sahəsinin inkişafını, o cümlədən reproduktiv sağlamlığı əhatə edir.

2006-cı ildə 46 milyon dollar olan yardım paketi ötən il 28 milyon dollar təşkil edib.

Bu il üçün istənilən yardım paketində sülh və təhlükəsizliyə görə, 8,5 milyon, demokratiya, insan haqları və idarəetməyə 9,8 milyon, sağlamlığa 4 milyon, iqtisadi inkişafa 6 milyon dollar ayrılıb.

Humanitar yardım üçün isə 600 min dollar istənilib.

Sülh və təhlükəsizlik üzrə nəzərdə tutulan məbləğ son bir neçə illə müqayisədə artıb. Demokratiya, insan haqları və idarəetməyə üzrə nəzərdə tutulan məbləğ isə son illərlə müqayisədə bir neçə milyon dollar azalıb.
XS
SM
MD
LG