«Domededovo» aeroportundakı partlayışdan sonra - yanvarın 24-də Bakı-Moskva reysində yubanma olsa da, yanvarın 25-dən reyslər əvvəlki qaydada işləyir.
AzAL-ın sözçüsü Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, bu səhər 4:10-da Moskvadan təyyarə gəlib. Səhər qrafiki ilə 10:40-da isə Bakıdan Moskvaya təyyarə yola düşməyə hazırlaşırdı.
Məhərrəm Səfərli onu da deyib ki, Bakı aeroportunda təhlükəsizlik tədbirləri yüksək səviyyədədir:
«Demək olar ki, gücləndirilmiş iş rejimində işləyirik».