Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 01:27

«Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqe dəyişməzdir»


Piter Semnebi
Piter Semnebi
Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi yanvarın 23-də Bakıda jurnalistlərə müsahibəsində deyib.

Piter Semnebi deyib: «Məni Avropa Komissiyası rəhbərinin Azərbaycana səfərindən sonra xarici siyasətlə bağlı məsələlər maraqlandırır. Gündəlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr vardır. Qarabağ probleminin həll olunmamış qalması bizi narahat edir. Biz münaqişənin həlli üçün edilən bütün cəhdlərə diqqət yetiririk. Barrozunun dediklərinin saytdan çıxarılması ilə bağlı deyilənlərə gəlincə, bunu şişirtmək istəməzdim. Saytda mətnin əvvəlki versiyası olub».

P.Semnebi qeyd edib ki, Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində heç nə dəyişməmişdir:

«Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona görə də bu məsələdə spekulyasiyaya yol vermək olmaz. Əlbəttə ki, Dağlıq Qarabağ problemini həll etmək üçün prinsiplər var və buna da əməl etmək lazımdır. Bizim mövqeyimiz isə dəyişməz qalır».
XS
SM
MD
LG