Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 20:30

Portuqaliyada prezident seçkisi keçirilir


Bazar günü Portuqaliyada prezident seçkisi keçirilir.

Prezidentlik uğrunda 6 namizəd mübarizə aparır.

İndiki prezident, Sosial Demokrat partiyasının nümayəndəsi Anibal Cavaco Silvanın qələbəyə şansı daha çoxdur.

Son rəy sorğularının nəticələrinə görə, Silva 60 faiz səs toplaya bilər ki, bu artıq seçkinin birinci mərhələsində onun qələbəsini təmin edir.

Ölkə konstitusiyasına görə, prezidentin elə də böyük səlahiyyətləri olmur.
Amma hər halda nüfuzlu siyasi xadim hesab olunur.
XS
SM
MD
LG