Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:32

Q. Bedımuhammedov ölkədə müxalifət partiyaları yaratmağa çağırır


Türkmənistan prezidenti Qurbanqulu Bedımuhammedov parlamenti ölkədə yeni partiyaların yaradılması üçün əsaslar yaratmaq üçün fəaliyyətini gücləndirməyə çağırıb.

Yanvarın 20-də prezident parlamentə müraciətində bildirib ki, siyasi partiya yaratmaq Türkmənistan vətəndaşlarının ən vacib hüquqlarından biridir. Prezident hesab edir ki, ölkədə vətəndaş cəmiyyəti qurumlarının formalaşdırılması prinsipləri müəyyən edilməlidir.

Türkmənistan 20 ildir təkpartiyalı sistem əsasında idarə olunur. Bu ölkədə yeganə siyasi təşkilat prezidentin rəhbərlik etdiyi Demokrat Partiyasıdır.

Türkmənistanda yeni siyasi təşkilatların yaradılması zərurəti haqqında prezident Bedımuhammedov ilk dəfə 201-cu ilin fevralında çıxış edib.
XS
SM
MD
LG