Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

“Borat” Səddam Hüseyn rolunu oynayacaq



Məşhur britaniyalı komik aktyor Sacha Baron Cohen Səddam Hüseyn obrazını ifa edəcək. O, İraqın keçmiş prezidentinin obrazını “Diktator” filmində yaradacaq. Filmin gələn ilin mayında ekranlara çıxacağı gözlənilir.

“Paramount” şirkəti bildirib ki, film “İraqın demokratiyaya çıxışına mane olmaq üçün həyatını təhlükəyə atan qəhrəman diktatordan” bəhs edəcək.

Filmin rejissoru Larry Charlesdir. O bundan əvvəl söz-söhbətlərə səbəb olmuş “Borat” komediya filmini çəkmişdi. Bu filmdə Qazaxıstandan olan jurnalist - Borat obrazını isə Sacha Baron Cohen yaratmışdı.
XS
SM
MD
LG