Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:32

İvanov deyib ki, İstanbulda İrana qarşı sanksiyaların ləğvi də müzakirə olunmalıdır


İstanbul görüşündə İranın nüvə proqramı ilə bağlı danışıqlar Tehrana qarşı tətbiq edilmiş sanksliyaların ləğvini də əhatə etməlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İstanbulda deyib.

O qeyd edib ki, danışıqların əsas mövzusu İranın nüvə proqramı olmalıdır, amma gündəliyə sanksiyaların ləğvi məsələsi də salınmalıdır.

Qeyd edək ki, ayın sonunda İstanbulda İranla BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvləri və Almaniya arasında danışıqların növbəto mərhələsi gözlənilir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran itihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT-nin təhlükəsizlik şurası indiyədək İrana qarşı 4 dəfə sanksiya tətbiq edib.
XS
SM
MD
LG