Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 01:16

Bakı-Şamaxı yolunda mikroavtobus aşıb


Bakı-Ağdaş marşrutu üzrə hərəkət edən mikroavtobus Qobustan rayonu ərazisində aşıb.

Nəticədə azı 5 nəfər yaralanıb.

APA-nın Baş Dövlət Yol Polisi İdarəsinə istinadla verdiyi məlumata görə, qəza cümə axşamı saat 11:00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 85-ci kilometrliyində baş verib.

Gürcüstan vətəndaşı və hazırda Sumqayıtda yaşayan 1958-ci il təvəllüdlü İsmayılov Sarı
Məhəmməd oğlunun idarə etdiyi 85-CB-129 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus yoldan çıxaraq aşıb.

Sürücü sulu qarda qarşıdakı maşını ötmək istəyərkən idarəetməni itirib.
Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG