Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:21

Çempion adı uğrunda bacılar bir-birinə rəqib oldu


Respublika Şahmat Mərkəzində keçirilən qadınlar arasında ölkə çempionatına yekun vurulub. Son turda qeydə alınan nəticələrdən sonra Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova eyni xal yığıblar.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin rəhbəri Tural Baxışovun ANS PRESS-ə verdiyi məlumata görə, yekunda xallar bərabər olduğundan turnirin əsasnaməsinə görə Zeynəb və Türkan Məmmədyarova bacıları arasında əlavə rapid və blits matçı keçirilib.

Nəticədə qələbə əldə edən Türkan Məmmədyarova növbəti Azərbaycan çempionu titulunu qazanıb. İkinci pilləni Zeynəb Məmmədyarova, üçüncü yeri isə Gülnar Məmmədova tutub.
XS
SM
MD
LG