Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:12

Azərbaycanla Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzərTAc agentliyinin məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə hökumətini xəbərdar etmək tapşırılıb.
This item is part of
XS
SM
MD
LG