Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Əfqanıstanda yeni parlamentin ilk iclası 1ay təxirə salınıb


Yeni Əfqanıstan parlamentinin ilk sesiyası bir ay təxirə salınıb.

Bu barədə prezident aparatından məlumat verilib.

Parlamentin ilk iclası yanvarın 23-ə təyin edilmişdi.

Amma seçki zamanı baş vermiş qanun pozuntularını araşdıran xüsusi tribunal bundan əvvəl prezident Həmid Kərzaini yeni parlamentin açılışını bir ay təxirə salmağa çağırmışdı.

Tribunalın rəhbəri Sadiqulla Həqiq əlavə istintaq üçün məhkəməyə vaxt lazım olduğunu deyir.
XS
SM
MD
LG