Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 11:05

Gəncə Avtomobil Zavodu və «Aqrolizinq» arasında yeni müqavilə imzalanıb

Gəncə Avtomobil Zavodu və «Aqrolizinq» dövlət şirkəti 500 ədəd traktor və bir o qədər də asma avadanlığın tədarükünə dair müqavilə imzalayıblar.

Bu barədə Gəncə zavodunun rəhbəri Xanlar Fətiyev məlumat verib.

Gəncə zavodu ildə Azərbaycanda 1000-ə qədər yük maşını, 2000 ədəd traktor yığmaq iqtidarındadır. İndi zavodda «Belarus» traktorları yığılır.

2011-ci ildə «Aqrolizinq» üçün 35 milyon manat ayrılacaq. Bu vəsaitin 12 milyon manatının traktor və kənd təsərrüfatı texnikasının alınmasına yönəldilməsi planlaşdırılır.
This item is part of
XS
SM
MD
LG