Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 18:26

Yanvarın 20-də polis gücləndirilmiş rejimdə işləyəcək


Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimində işləyəcək.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 20-si səhər saat 7-dən axşam saat 18-dək Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn küçəsindən Teleteatra qədər yollar bağlanacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Şəhidlər Xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-a qədər davam edəcək.

Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.

Yanvarın 20-də saat 12.00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.
XS
SM
MD
LG