Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:59

Nazarbayev parlamentin qərarını Konstitusiya Şurasına göndərib


Nursultan Nazarbayev
Nursultan Nazarbayev
Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin Konstitusiyaya dəyişiklik edilməsi haqda qərarını baxılmaq üçün Konstitusiya Şurasına göndərib.

Bu qərarı parlament yanvarın 14-də çıxarıb. Qərarda prezident Nursultan Nazarbayevin səlahiyyət müddətinin 2020-ci ilədək artırılması üçün Konstitusiyaya düzəliş olunması nəzərdə tutulur.

Konstitusiya Şurasının düzəlişlərə baxması prosesi bir ay çəkəcək. Ancaq prezident istəsə, düzəlişlərə 10 gün ərzində baxılmasını da tələb edə bilər.

Nursultan Nazarbayev Qazaxıstana 1990-cı ildən rəhbərlik edir.
XS
SM
MD
LG