Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 02:36

Nazarbayevin səlahiyyətləri 2020-ci ilə qədər uzadıla bilər

Qazaxıstan parlamenti Konstitusiyaya düzəlişlər edilməsini təklif edib. Bu düzəlişlər qəbul olunsa, prezident Nursultan Nazarbayevin səlahiyyətləri 2020-ci ilə qədər uzadılacaq.

Bu haqda bu gün parlamentin aşağı palatasının nümayəndəsi Ural Muxamedcanov məlumat verib. O deyib ki, bu təklif hər iki palatadan gəlib.

70 yaşlı Nazarbayev artıq 20 ildir ki, hakimiyyətdədir.
This item is part of
XS
SM
MD
LG