Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 18:32

Tunisdə prezidentin səlahiyyətləri baş nazirə yox parlamentin sədrinə keçdi


Tunistə müvəqqəti prezidentin andiçmə mərasimi keçirilib.

Parlamentin aşağı palatasının sədri Fuad Mehbaza müvəqqəti prezident kimi baş nazirə yeni hökumət yaratmağı tapşırıb.

Bundan əvvəl baş nazir Məhəmməd Qannuşi prezidentin səlahiyyətlərini üzərinə götürdüyünü bəyan eləmişdi.

Amma ölkənin Konstitusiya şurası bildirib ki, prezidentin səlahiyyətləri baş nazirə yox, parlamentin sədrinə keçməlidir.

Qeyd edək ki, bir neçə həftədir ki, Tunisdə davam edən etiraz aksiyaları ölkə prezidenti
Zine əl Əbidin Ben Əlinin ölkədən qaçmasıyla nəticələndi.

O, ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına gedib.
XS
SM
MD
LG